Almaniya geri çəkildi
27.04.2012 - 16:28
Almaniya geri çəkildi
Almaniya 2020-ci il Avropa çempionatının final mərhələsinə keçirməyə iddia etməyəcək. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun həmyerliləri həmin yarışa namizədliyini vermək fikrində olsalar da, sonda geri çəkiliblər.

Almaniya Futbol İttifaqının yeni prezidenti Volfqanq Nirsbax məsul turnirdə ev sahibliyə namizədliyini verməyəcəklərini rəsmən bildirib. Onun fikrincə, AVRO-2020-ni keçirmək ideyası cəlbedicidir. Ancaq almanlar kişilər arasında DÇ-2006-nı və qadınlar arasında DÇ-2011-ni keçirəndən sonra bu hüququ digər ölkələrə verməyi qərara alıblar. Onlar arasında isə Azərbaycan var. Belə ki, Gürcüstan ölkəmizlə birgə AVRO-2020-ni keçirmək istəyindədir.