Yığmamız ikinci pillədə
28.04.2012 - 09:35
Qadın otüstü hokkeyçilər arasında Yaponiyanın Kakamigahara şəhərində London Yay Olimpiya Oyunlarının təsnifat yarışında II turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının Belarus yığmasına qalib gəldiyi oyun günündə Yaponiya Malayziyanı, Avstriya Çilini sınağa çəkib.
Ev sahibləri Adil Paşayevin yetirmələri kimi ikinci maçlarını da qələbə ilə başa vurublar. Onlar malayziyalıları 8:0 hesabı ilə məğlub ediblər. İlk gündə xal qazana bilməyən - Avstriya və Çili hokkeyçilərinin mübarizəsindən isə ikincilər qalib ayrılıblar - 3:0.
Beləliklə, 2 turdan sonra Azərbaycan və Yaponiya yığmalarının aktivində 6 xalları var. Lakin asiyalılar təmsilçimizi top fərqində qabaqlayırlar. Çili və Belarus komandaları 3 xala sahib olsalar da, Avstriya və Malayziya hələ nəinki qələbəyə, heç-heçəyə də həsrətdirlər.
Qeyd edək ki, hokkeyçilərimiz III turda avstriyalılarla oynayacaq. Bu görüş aprelin 29-da Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Yaponiya | 2 | 2 | 0 | 0 | 15-0 | 6 |
Azərbaycan | 2 | 2 | 0 | 0 | 7-0 | 6 |
Çili | 2 | 1 | 0 | 1 | 4-3 | 3 |
Belarus | 2 | 1 | 0 | 1 | 3-4 | 3 |
Avstriya | 2 | 0 | 0 | 2 | 0-10 | 0 |
Malayziya | 2 | 0 | 0 | 2 | 0-12 | 0 |

0
0