“Araz”dan çempionluq üçün ilk addım
28.04.2012 - 16:07
“Araz”dan çempionluq üçün ilk addım
Bu gün kişi basketbolçular arasında XIX Azərbaycan çempionatının final mərhələsinin oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, Heydər Əliyev adına İdman-Konsert Kompleksində həlledici qarşılaşmada “Araz”la “Qala” arasında baş tutan ilk görüşdə naxçıvanlılar qələbə qazanıblar.

Son çempion Elxan Əliyevin yetirmələrinə 15 top fərqi ilə qalib gəliblər – 100:85.

Üçüncü yer uğrunda dueldə isə “NTL-Tudor” “Çağ Öyrətim”lə qarşılaşıb. Qarşılaşma birincilərin qələbəsi ilə yekunlaşıb.


28 aprel
Final mərhələsi, I oyun
“Araz” – “Qala” – 100:85

Üçüncü yer uğrunda, I oyun
“NTL-Tudor” – “Çağ Öyrətim” – 63:54

Qeyd edək ki, çempionluq üçün 3, bürünc mükafatçı üçün isə oyunlar 2 qələbəyə kimi keçiriləcək.