Mayın 5-də Azərbaycan çempionatının bürünc mükafatçısı dəqiqləşə bilər
01.05.2012 - 10:56
Kişi basketbolçular arasında XIX Azərbaycan çempionatının final mərhələsinin 2-ci oyunlarının keçirilmə günü və başlama saatı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “Araz”la “Qala” arasında növbəti duel mayın 5-də baş tutacaq. Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək görüşün start fiti 15:00-da veriləcək.
Üçüncü yer uğrunda - “NTL-Tudor” – “Çağ Öyrətim” görüşü də eyni günə təsadüf edəcək. Lakin onların 2-ci matçı final mərhələsindən 2 saat tez başlayacaq. Əgər bu matçda birincilər qalib gələrsə, onlar çempionatın bürünc mükafatına sahib olacaqlar. Çünki 3-cü yer uğrunda matçlar 2 qələbəyə kimi keçiriləcək.
Qeyd edək ki, final mərhələsi 3 qələbəyə kimi olacağından çempionun adına mayın 5-də aydınlıq gəlməyəcək.
İlk görüşdə isə “Araz” “Qala”ya 100:85, “NTL-Tudor” “Çağ Öyrətim”ə 63:45 hesabı ilə qalib gəlib.

0
0