Bolqarıstan yığması “azərbaycanlı”ya güvəndi
01.05.2012 - 11:27
Bolqarıstan yığması “azərbaycanlı”ya güvəndi
Qadın voleybolçulardan ibarət Bolqarıstan milli komandasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Türkiyədə keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinə qatılacaq bolqarlar son anda Lyubka Debrliyevanı Bakının “İqtisadçı” klubunun şərəfini qoruyan Lora Kotopova ilə əvəzləyiblər.

Baş məşqçi Marçelo Abondaç bunu Sofiya MOİK-nin toppaylayıcısının zədələnməsi ilə əlaqələndirib. Bununla da Bakıda Olimpiya Təsnifat Turnirinin finalına yüksələn Bolqarıstan yığmasına Super Liqamızda çıxış edən oyunçuların sayı 4-ə çatıb. Ona kimi isə italiyalı mütəxəssis Diana Nenova, Mariya Filipova (hər ikisi “Lokomotiv”) və Dobriana Rabadjiyevanı (“Rabitə”) heyətə cəlb etmişdi.

Qeyd edək ki, Türkiyədə keçiriləcək lisenziya xarakterli yarış bu gün start götürəcək və 6 gün davam edəcək.