Yeva Yanayeva: Gücümüzü Azərbaycanla oyunda göstərmişik
01.05.2012 - 12:18
“Olimpiadaya yollanmaq hər bir kəsin arzusudur. Bizim isə bu mərhələyə yüksəlməyimiz də böyük uğurdur”. Apasport.az saytının məlumatına görə, bunu Bolqarıstan milli komandasının voleybolçusu Yeva Yanayeva deyib.
Komandasının kapitanı Avropa Olimpiya Təsnifat Turnirinin final mərhələsində çıxışlarını şərh edib. Bakıda həlledici oyunda Azərbaycan milli komandasını məğlub etməklə son mərhələyə vəsiqə qazanmasında böyük pay sahibi olan voleybolçu Türkiyədə də iddialı olacaqlarını açıqlayıb: “Bizim bu yarışda az da olsa şansımız var. Olimpiadaya yüksəlməyə ümid edirik. Biz artıq gücümüzü əvvəlki mərhələdə göstərmişik. Bakıda Azərbaycana qalib gəlməklə, finala yüksəlməyimiz imkanlarımızın böyük olmasından xəbər verir”.
Qeyd edək ki, Ankarada bu gün start götürəcək Avropa Olimpiya Təsnifat Turnirində 6 yığma mübarizə aparacaq və onlardan yalnız biri lisenziyaya sahib olacaq.

0
0