“Azərbaycanda insanların mənə qiymətindən həzz aldım”
02.05.2012 - 09:22
Bakının “Lokomotiv” voleybol klubunun liberosu Mariya Filipova vətəni Bolqarıstanda müsahibə verib. Apasport.az saytının məlumatına görə, təcrübəli voleybolçu dəmiryolçular”ın heyətində həmyerliləri Diana Nenova və Kremena Kamenova ilə birgə qazandıqları “Çelenc Cup” və Super Liqanın gümüş mükafatı barədə danışıb. O, həmçinin hazırda Türkiyədə millisi ilə iştirak etdiyi Avropa Olimpiya Təsnifat Turnirinin final mərhələsi haqda fikirlərini açıqlayıb.
- Əvvəlcə “Çelenc Cup”dakı uğurunuz barədə danışın. Çünki siz “Bakı”ya “Qızıl set”də çətinliklə (15:13) qalib gəldiniz...
- Qələbə heç də asan olmadı. Üstəlik biz finalda Azərbaycan Super Liqasından yaxşı tanıdığımız “Bakı” ilə görüşürdük. Son 2 ildə “Çelenc Cup”ın finalını evdə oynamalı oluruq. Çünki hər 2 halda həlledici mərhələdə Azərbaycan klubları görüşür. Bu da onların səviyyəsini göstərir. Ancaq əsas çətinliyimiz ondan ibarət idi ki, biz mövsümün gedişində 2 dəfə bu komandaya uduzmuşduq. Buna görə də ümidlərimiz böyük idi və bu dəfə möcüzənin baş verib, qalib gələcəyimizə inanırdıq. Klubumuzun prezidenti də həmçinin sona kimi bizə güvənirdi və bununla da böyük dəstək verirdi. Düzdür, ilk oyunda 3:2 hesabı ilə biz qalib gəldik. Lakin ardınca eyni hesabla uduzduq. “Qızıl set”də inanılmaz gərgin mübarizə getdi. Rəqibə təzyiqimiz bəhrəsini verdi və nəhayət qızıl medala yiyələndik. Qələbə çox xoş idi və unudulmaz anlar yaşadıq.
- Azərbaycanda öz komandalarının avrokubokunun finalında görüşünü izləmək adət halını alıb?
- Bəli! Biz ötən mövsüm finalda digər Bakı klubu – “Azərreyl”lə görüşdük. Ancaq həmin vaxt rəqibimiz hər 2 matçda qalib gəldi. Azərbaycanlılar həqiqətən də öz təmsilçilərinin titul uğrunda mübarizə aparmasını sevirlər və bu, adət halına çevrilib. Bu ölkədə qadın voleybolunu dəstəkləyirlər, böyük maliyyə vəsaiti xərcləyirlər. Çempionat ərzində zallar demək olar ki, həmişə doludur. Belə azarkeş dəstəyi altında oynamaq isə xoş hisslər yaradır və faydalıdır.
- Avrokubokda qazandığınız titulu necə qeyd etdiniz?
- “Çelenc Cup”ın finalından 2 gün sonra Super Liqada final mərhələsi başladığından buna vaxtımız olmadı. Ancaq sonradan prezidentimiz klubun bütün üzvlərinin iştirakı ilə ziyafət təşkil etdi. Titul qazanmağımızla bağlı restoranda toplaşdıq. Bir qədər rəqs etdik və ziyafəti əsl bayrama çevirdik.
- İlk dəfə titul qazanmağınıza rəhbərliyin reaksiyası necə oldu?
- Onlar çox xoşbəxt idi. Çünki qarşıya qoyulan məqsəd yerinə yetirilmişdi. Bu klubun cəmi 3 yaşı var. Ancaq artıq ciddi uğurlar qazanıb. Biz qısa müddətdə ardıcıl 2 dəfə “Çelenc Cup”ın finalına çıxdıq. Ötən il turnirin vitse-çempionu, bu dəfə isə çempionu olduq.
- Belə demək olarmı ki, mövsüm şəxsi baxımdan da sizin üçün çox uğurlu oldu?
- Bəli, tamamilə doğrudur. Avropa titulu ilə yanaşı, biz Azərbaycan Super Liqasının gümüş medallarını qazandıq. Plan “3-lüyə” daxil olmaq idi. Lakin biz onu artıqlaması ilə yerinə yetirdik. Mövsümün gedişində heç kim gözləmirdi ki, komandamız medalların bölüşdürülməsinə müdaxilə edə bilər. Çünki Azərbaycanda güclü klublar çoxdur. Ancaq biz hamını təəccübləndirməyi bacardıq. Artıq çempionatda gümüş medalımız da var. Bu səbəbdən il mənim üçün həqiqətən çox uğurlu oldu.
- 2 fərqli mükafat qazandınız. Buna necə şərh verərdiniz?
- Sürpriz. Mən bunu gözləmirdim. Ancaq təbii ki, çox razı olduğumu etiraf etməliyəm. Hər 2 mükafat qiymətlidir. Mən onları fərqləndirmirəm. İnsanların mənə qiymətindən həzz aldım.
- Növbəti mövsümdə harada oynayacaqsız?
- “Lokomotiv”də qalacağam.
- Belə demək olarmı ki, ağır mövsümdən sonra yorulmusuz?
- Bəli, bir qədər yorğunluq var. Çünki yığmanın düşərgəsinə gələnədək 10 günə 10 matç keçirdik. İnanılmaz gərginlikdir. Biz həm fiziki, həm də psixoloji cəhətdən yorulmuşuq. Ancaq bu milli komandada hazırlığımıza maneçilik törətmir. İndi karyeramızda yeni mərhələ başlayır. Yığmada yaxşı işləməyimiz üçün hər cür şəraitə malikik. Yeni güclə hər şeyi əvvəldən başlaya bilərik. Biz çətin sınaqda uğur qazanacağımıza ümid edirik.
- Bir qədər də Türkiyədəki lisenziya yarışı barədə danışardınız. Orada yığmadan nə gözləyirsiz?
- Çox güclü turnirdir. Haradasa kiçik Avropa çempionatıdır. Ancaq buna baxmayaraq, şansımız var. Ümid edirəm ki, bəxtimiz gətirəcək. Çünki bizim buna ehtiyacımız var. Mən istərdim ki, London-2012-də iştirak edim. Olimpiadada oynamaq mənim və digər bütün qızlarımızın arzusudur. Ümid edirəm ki, buna nail ola bilərik.

0
0