Azərbaycan çempionatının gümüş mükafatçısı üçün 2 ilk birdən
02.05.2012 - 11:49
Azərbaycan çempionatının gümüş mükafatçısı üçün 2 ilk birdən
“Çelenc Cup”ın qalibi və Azərbaycan Super Liqasının gümüş mükafatçısı “Lokomotiv”in növbəti mövsümdən tarixində yeni səhifə açılacaq. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” 2 əlamətdar hadisəni birdən bayram edəcəklər.

Belə ki, Bakı təmsilçisi tarixində ilk dəfə CEV kubokunda iştirak edəcək. Yarandığı ildən “Çelenc Cup”da mübarizə aparan komanda artıq qitənin nüfuzuna görə ikinci turnirində iştirakını təsdiqləyib.

Onlar, həmçinin İtaliyanın paytaxtı Romada mayın 8-11-də keçiriləcək Beynəlxalq Dəmir Yolları İdman Təşkilatının Baş Assambleyasında bu quruma üzv seçiləcəklər.

Qeyd edək ki, CEV kubokunda ölkəmizi “Lokomotiv”lə yanaşı “Bakı” təmsil edəcək.