Çempionlar Liqasına yenə 2 klubla gedirik
02.05.2012 - 15:39
2012/2013 mövsümündə qadın voleybolçular arasında Çempionlar Liqasında (ÇL) Azərbaycanı təmsil edəcək klubların adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Avropanın ən möhtəşəm klub yarışında ötən il olduğu kimi yenə ölkəmizi 2 komanda – “Rabitə” və “Azərreyl” təmsil edəcək.
Düzdür, ÇL-də Azərbaycana iştirak üçün 1 vəsiqə verilib. Həmin yerin sahibi son dünya çempionu “Rabitə” ardıcıl 3-cü dəfə qitənin ən nüfuzlu turnirinə qatılacaq. Lakin son illərin dəyişməz Azərbaycan çempionu olan “pentakampeonlar”ı “dəmiryolçular” yenə tək qoymayacaqlar. Belə ki, Avropa Voleybol Konfederasiyası (CEV) “Azərreyl”i “wild-card”la yarışa buraxacaq.
Qeyd edək ki, püşkü iyunun 29-da atılacaq ÇL-də yeni mövsümdə komandaların sayının artması da gözlənilir.

0
0