Keçmişə qayıdış
02.05.2012 - 18:00
Keçmişə qayıdış
Qadın voleybolçular arasında “Çelenc Cup”ın 2012/2013 mövsümündə Azərbaycanı təmsil edəcək komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, son illərlə müqayisədə bu dəfə ölkəmiz analoji yarışa 1 klubla qatılacaq.

Belə ki, Avropanın nüfuzuna görə 3-cü turniri sayılan “Çelenc Cup”da “İqtisadçı” qüvvəsini sınayacaq. Super Liqada 4-cü yeri tutan universitet komandası ötən mövsüm CEV kubokunda oynasa da, yenidən 2009/2010 və 2010/2011 mövsümündə mübarizə apardığı turnirdə iştirak edəcəyi məlum olub.

Qeyd edək ki, “Çelenc Cup”ı son 2 mövsümdə müvafiq olaraq, “Azərreyl” və “Lokomotiv” qazanıb. “İqtisatçı” isə bu yarışda ötən il yarımfinala kimi irəliləyib. Onlar son mövsümdə qitənin ikinci nüfuzlu turniri – CEV kubokunda isə cəmi 1 mərhələ keçə bilmişdilər.