“Rabitə”də yeni baş məşqçi!?
04.05.2012 - 08:50
“Rabitə”də yeni baş məşqçi!?
“Rabitə” voleybol klubu növbəti mövsümə yeni baş məşqçi ilə başlaya bilər. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunu italiyalı mütəxəssis Marçello Abbondanzanın çalışdırması gözlənilir.

1996-cı ildən məşqçilik fəaliyyətinə başlayan 42 yaşlı mütəxəssis 2009-cu ildən İtaliyanın “Villa Kortese” klubunda işləyir. O, eyni zamanda ötən ildən Bolqarıstan milli komandasına rəhbərlik edir.

Qeyd edək ki, son mövsümdə “Rabitə”ni serbiyalı Zoran Qayiç çalışdırıb və komandaya dünya çempionluğu ilə Azərbaycan Super Liqasının qızıl medalını qazandırıb.