“Azərreyl”ə söz verib, başqa kluba keçdi - FOTO
04.05.2012 - 12:59
“Azərreyl”ə söz verib, başqa kluba keçdi - FOTO
Polşa millisinin voleybolçusu Paulina Majın “Azərreyl”ə transferi baş tutmayıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı libero son anda qərarını dəyişib.

Belə ki, 2 il “dəmiryolçular”ın yeni baş məşqçisi Alessandro Çiappininin rəhbərliyi altında oynamış Paulina Bakı klubu ilə ilkin danışıqları yekunlaşdırsa da, sonda vətənində qalmağı üstün tutub. O, Polşada “Atom”u “Bank Fakro”ya dəyişib.

Hazırda yığmasının heyətində Türkiyədə Avropa Olimpiya Təsnifat Turnirində çıxış edən Maj yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.