“Rabitə” 5 dünya çempionu ilə müqavilə imzaladı
06.05.2012 - 12:20
Azərbaycan çempionu “Rabitə” yeni mövsüm üçün heyətini formalaşdırmağa başlayıb. Apasport.az saytının məlumatına görə, 2012/2013 mövsümündə də ölkəmizi Çempionlar Liqasında təmsil edəcək komanda 5 voleybolçu ilə yeni müqavilə imzalayıb.
Belə ki, Bakı klubu ötən il heyətində çıxış etmiş serbiyalı Mira Qoluboviç, Sanya Staroviç, Nataşa Krsmanoviç, ukraynalı İrina Jukova və bolqarıstanlı Dobriana Rabadjiyeva ilə yenidən razılaşıblar. Onlar daha 1 il “Rabitə”nin şərəfini qoruyacaqlar.
Qeyd edək ki, bu 5 voleybolçu “rabitəçilər”lə Azərbaycan çempionu olmaqla yanaşı, dünya çempionu adını da qazanıblar.

0
0