ABŞ yığmasının üzvü Bakı klubunun maraq dairəsində
06.05.2012 - 11:02
ABŞ yığmasının üzvü Bakı klubunun maraq dairəsində
Bakının “İqtisadçı” klubunun maraq dairəsinə düşən daha 1 voleybolçunun adı məlum olub. Apasport.az saytının məlumatına görə, universitet komandası ABŞ milli komandasının 24 yaşlı hücumçusu Destini Hukerə elçi düşüb.

Onun Super Liqada oynayıb-oynamayacağına yaxın günlərdə aydınlıq gələcək. 193 sm boya malik, ABŞ, Çin Puerto-Rika, İtaliya və Braziliya klublarında çıxış edən Qran-prinin ən dəyərli voleybolçusunun (2011) hazırda şərəfini qoruduğu “Sollis Osasko”da da qalacağı istisna deyil.

Qeyd edək ki, “İqtisadçı” Kanada yığmasının və “Villa Kortese”nin hücumçusu Sarah Pavanla da maraqlanır.