“Millinin hər toplanışında bizə 100 manat verirlər” - MÜSAHİBƏ
07.05.2012 - 23:01
Həndbol üzrə Azərbaycan milli komandasının oyunçusu Kamran Alxasovun apasport.az saytına müsahibəsi
- Kamran yığmamız yarışdan-yarışa yığılır. Klublarımız isə yalnız Azərbaycan çempionatları zamanı bir araya gəlir. Bəs boş qalan zamanlarda nə ilə məşğul olursuz?
- Onsuzda yığmaya və ya klublara da işdən çıxıb, gedirik. İdmanı çox sevsəm də digər yerlərdə çalışıram. Hazırda cavanıq, bizə pul qazanmaq lazımdır. Buna görə də 2 yerdə işləyirəm. Həm gündüz, həm də gecə növbələrində. Bununla yanaşı, Azərbaycan İqtisad Universitetində də təhsil alıram. Bir təhər əmələ gətirirəm, şükürlər olsun bu günə də.
- Amma sizi məşqçiləriniz və mütəxəssislər çox təcrübəli həndbolçu hesab edirlər...
- Bilirəm, lakin güclü olmaqla deyil ki...
- Bəs ötən il çıxış etdiyiniz “Trabzonspor”dan ayrılmağınıza nə səbəb oldu?
- Müqavilə bitdi. Həm də o klubda oynamaya maliyyə baxımından sərfəli deyildi.
- Sirr deyilsə, nə qədər maaş alırdınız?
- Cəmisi 500 ABŞ dolları. Buna da səbəb ölkəmizdə menecerlərin olmamasıdır. Bəlkə də bu sahədə irəli getsək, həm yaxşı klublara keçərik, həm də çox məvacib alarıq. Dürdür, Türkiyədə oynayarkən, məni bu ölkənin yığmasında da görmək istəyirdilər. Lakin vətəndaşlığımın olmaması bunu əngəllədi.
- “Ay-ulduzlu” formanı geyinərdiniz ki?
- Bilirsiz, mən uşaqlıqdan bu idman növünə həvəs göstərmişəm, həndbolla nəfəs alıram. Adamın ürəyi yanır axı... Orada yaxşı pul da təklif etmişdilər. Lakin hər şey arxada qaldı, vətənə dönüb özümə iş tapdım.
- Bəs xarici klublardan yeni təkliflər varmı?
- Təbii ki. Mənimlə bu yaxınlarda yenə Türkiyə klublarının ciddi maraqlandığını dedilər. Lakin hələ heç nə deyə bilmərəm.
- Maaşın azlığından şikayətləndiniz. Amma yığmadakı komanda yoldaşınız Sergey Georgevski artıq neçə ildir “Trabzonspor”un şərəfini qoruyur...
- O, həm yaşlı, həm də təcrübəlidir. Mən 1990-cı il təvəllüdlüyəm. Bunun üçün də Türkiyədə əsasən yaşlı oyunçulara daha çox güvənirlər. Orada məndən qat-qat pis oynayanı da bir də görürdün mənim yerimə meydana buraxırdılar. Gənclərə elə də güvənmirdilər. Sergeyə gəlincə, uzun illərdir legioner həyatı yaşayır və bu səbəbdən maaşı da yüksəkdir. O, haradasa 1200 dollar alır.
- Bəs yığmamızın gələcəyini necə görürsüz? Çünki yalnız gənclər arasında “Çelenc Cup”da iştirakla kifayətlənirik...
- Nə deyim? Bəlkə də bünövrə dəyişməlidir. Amma nə olsa da, əsas maliyyə problemi aradan qaldırılmalıdır. Bizdə əla oyunçular var. Həm menecerimiz, həm də yaxşı şəraitimiz olsa, çox yarışlarda mübarizə apara bilərik.
- Yeri gəlmişkən, “Çelenc Cup”da ən yaxşı müdafiəçi seçildiniz. Maraqlıdır, millinin düşərgəsinə gələndə heç “sutuçnı” da olsa alırsızmı?
- Gündəlik xərc yoxdur. Amma millinin hər toplanışında bizə 100 manat verirlər. Mən idman üçün yaşayıram, vaxtında həndbolu dəyişsəydim, daha yaxşı pullar qazanardım. Düzdür, özümü futbol, kikboksinq və atletikada da sınamışam. Lakin həndbol daha doğmadır. Sanki narkomanam, həndbolla yaşayıram.
- Hələ 22 yaşınız var. Bəlkə idman növünü dəyişəsiniz?
- Yox, artıq gecdir. Bəlkə də 2-3 il öncə bunu etmək olardı... Sadəcə təəssüfləndiyim odur ki, Azərbaycanda həndbol olanda Türkiyə və Gürcüstan bizdən öyrənirdi, gəlib bizim çempionatda oynayırdılar. İndi isə əksinədir.

0
0