Çempionluq üçün 3-cü matç
08.05.2012 - 17:23
Çempionluq üçün 3-cü matç
Kişi basketbolçular arasında XIX Azərbaycan çemionatının final mərhələsinin 3-cü oyunlarının keçirilmə vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Araz” və “Qala” arasında növbəti görüş mayın 12-də baş tutacaq.
Heydər Əliyev adına İdman Konsert Kompleksində keçiriləcək qarşılaşma saat 14:00-da başlayacaq.

Qeyd edək ki, 3 qələbəyədək davam edən final seriyasında hesab hələlik bərabərdir - 1:1. İlk matçda son çempion “Araz” 100:85 hesabı ilə qalib gəlmişdisə, ikinci oyunda 79:83 hesabı ilə uduzub.