Almaniya klubunun baş məşqçisi püşkdə “Azərreyl”lə düşmələrini uğurlu saymır
30.06.2012 - 13:31
Almaniyanın “Dresdner” voleybol klubunun baş məşqçisi Aleksandr Vaibl Çempionlar Liqasının püşkatmasına münasibət bildirib. Apasport.az saytının məlumatına görə, Azərbaycanın “Azərreyl”, Türkiyənin “Əczaçıbaşı” və Polşanın “Tauron” klubları ilə D qrupunda mübarizə aparacaq komandanın çalışdırıcısı bəxtlərinə güclü klubların düşdüyünü deyib.
Onun sözlərinə görə, əsas məqsədləri inamlı oyun nümayiş etdirməkdir: “Bizim üçün püşk elə də uğurlu olmadı. Komandamız çox ciddi rəqiblərlə eyni qrupa düşdü. Biz intensiv hazırlaşaraq, uğur qazanmağa çalışacağıq. Sonradan isə mərhələ adlayıb, adlaya bilməyəcəyimizə baxacağıq”.
Qeyd edək ki, “Dresdner” ötən mövsüm analoji yarışda “Rabitə” ilə keçirdiyi hər 2 matçda uduzub.

0
0