Robert Koçma: “Azərreyl”dən qorxmuruq
02.07.2012 - 10:26
“Əlbəttə, biz rəqiblərimizdən qorxmuruq. Hərçənd, çox güclü qrupa düşmüşük. Bu qrupda hər bir komanda qalib də gələ bilər, məğlub da ola bilər”. Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Tauron” voleybol klubunun baş məşqçisi Robert Koçma deyib.
Təcrübəli mütəxəssis Çempionlar Liqasının püşkatmasına münasibət bildirib. “Azərreyl” (Azərbaycan), “Əczaçıbaşı” (Türkiyə) və “Dresdner”lə (Almaniya) D qrupunda mübarizə aparacaq “Tauron”ın çalışdırıcısı iddialı danışıb. Son mövsümdə klubuna Polşa kubokunu və ölkə çempionatının bürünc medalını qazandıran Koçma sonacan döyüşəcəklərini deyib: “Biz bu komandalara qarşı oyuna ciddi hazırlaşacağıq. Klubumuz çıxılmaz vəziyyətdə deyil. Hər xal üçün döyüşəcəyimizi indidən elan edirik”.
Qeyd edək ki, “Tauron” “Azərreyl”lə III turda Bakıda, IV turda isə evdə oynayacaq.

0
0