Peter Qoqa: “Rabitə” ilə düşdüyümüz zaman əsəb gərginliyi keçirdim
02.07.2012 - 11:51
Peter Qoqa: “Rabitə” ilə düşdüyümüz zaman əsəb gərginliyi keçirdim
“Həqiqətən də çox güclü qrupa düşmüşük. Bu qrupa düşməyə təəssüflənirəm. Çünki daha münasib qrupa düşə bilərdik”. Apasport.az saytının məlumatına görə, bunu Çexiyanın “Agel” voleybol klubunun idman direktoru Peter Qoqa deyib.

“Villa Kortese” (İtaliya), “Atom” (Polşa) və “Rabitə” (Azərbaycan) ilə B qrupunda mübarizə aparacaq “Agel”in rəsmisi 3-cü yer üçün oynayacaqlarını deyib: “Təbii ki, püşk zamanı müəyyən əsəb gərginliyi keçirdim. Heç kimin kömək edə bilmədiyi belə vaxtda hər kəs əsəbiləşərdi. Qrupda 3-cü olub, növbəti mərhələyə yüksəlsək və ya CEV kubokuna getsək bunu da uğur sayaram. Belə olan halda, mükafat uğrunda mübarizəni davam etdirəcəyik”.

Qeyd edək ki, “Agel” ilk turda evdə “Rabitə” ilə oynayacaq.