“Bəxt bizi zibil vedrəsinə atdı”
02.07.2012 - 12:40
“Elə komandalarla düşmüşük ki, sevinə bilmərik. Düşünürəm ki, A və B qrupu yarışın ən güclüləridir. Digər qruplarda isə oynamaq daha asan olardı. Həmin qruplara düşsəydik, hətta 2-ci yer uğrunda da mübarizə apara bilərdik. Lakin bəxt bizi zibil vedrəsinə atdı”. Apasport.az saytının məlumatına görə, bunu Çexiyanın “Agel” voleybol klubunun baş məşqçisi Miroslav Çad deyib.
Təcrübəli mütəxəssis Çempionlar Liqasının püşkatması ilə bağlı fikirlərini açıqlayıb. Çad “Villa Kortese” (İtaliya), “Atom” (Polşa) və “Rabitə” (Azərbaycan) ilə B qrupunda yer almalarını uğurlu saymır.
O, Azərbaycan çempionunun heyətində yer alan ulduzlardan çəkindiyini deyib: “Qrupumuzda 3 çox güclü komanda var. Onlardan İtaliyanın “Villa Kortese” klubu analoji turnirin son “Dördlər finalı”nın iştirakçısıdır. Bundan başqa, dünya voleybolunun ulduzlarının toplaşdığı “Rabitə”yə qarşı da oynamaq məcburiyyətindəyik. Onlar 2011-ci ildə Çempionlar Liqasının finalında mübarizə aparıblar. “Atom” da qitə voleybolunun liderləri sırasındadır. Son mövsümdə onlar maliyyə problemləri ilə üzləşdilər. Lakin buna baxmayaraq, bu yarışın son mövsümündə onlar pley-offda “Rabitə”yə uduzsalar da, Polşa çempionu adını qazandılar”.
Çad bildirib ki, çətin qrupda yer alsalar da, sona kimi mübarizə aparacaqlar: “Püşkün nəticəsinə baxmayaraq, təslim olmaq niyyətində deyilik. Hər 3 rəqibimizə qarşı ciddi müqavimət göstərəcəyik və sona kimi mübarizə aparacağıq”.
Qeyd edək ki, “Agel” analoji turnirin 2010/2011 mövsümünün I pley-off mərhələsində təmsilçimizə rəqib olub (həmin vaxt bu klub “Modranska” adlanırdı). “Rabitə” çexlərə səfərdə 2:3 hesabı ilə uduzsa da, evdə 3:0, ardınca “Qızıl set”də 15:11 hesabı ilə qalib gələrək, II pley-off mərhələsinə vəsiqə qazanıb.

0
0