Valeriya Korotenko özünə komanda tapdı
02.07.2012 - 14:31
“Azəryolservis” yeni mövsümdən Azərbaycan yığmasının bazası rolunu oynaya bilər. Apasport.az saytının məlumatına görə, 2012/2013 mövsümündən iddialı olacaq 2 yaşlı Bakı təmsilçisi 3-cü ilində mükafatlar uğrunda oynamağı planlaşdırır.
Belə ki, millimizin məşqçisi Aleksandr Çervyakovla yolunu davam etdirməyə qərar verən klub əsasan yerli voleybolçulardan təşkil olunacaq. Artıq yığmamızın üzvü Odina Əliyeva ilə anlaşan “Azəryolservis” əsl bombasını partlatmağa hazırlaşır.
“Azərreyl”də taleyinə tam aydınlıq gəlməyən Valeriya Korotenkonun da hətta bu komandada peyda olacağı istisna deyil. Çünki yeni baş məşqçi Alessandro Çiappininin yaponiyalı Akiko İno və italiyalı Luna Karokkinin “dəmiryolçular”a transferindən sonra bəstəboy voleybolçumuz burada “artıq” olduğu görünür.
“Azəryolservis” Korotenko ilə yanaşı, ötən il heyətlərində çıxış edən – Anastasiya Qurbanova, Yana Ağayeva, Dərya Zamanova, Aleksandra Prupas, Yuliya Pşeniçnik, Ülkər Kərimova, Oksana Kisilyova və yığmamızın digər perspektivli üzvləri ilə də müqaviləni artırmaq fikrindədir. Onlar, həmçinin millimizin digər klublarda oynayan aparıcı voleybolçularına da bel bağlamağı planlaşdırırlar.
Qeyd edək ki, “Azəryolservis” Super Liqada çıxış etdiyi 2 mövsümdə müvafiq olaraq, “Şirvan” və “Lokomotiv Biləcəri”ni qabaqlayıb.

0
0