Yığmamızın daha bir oyunçusu “Azəryolservis”ə keçdi
03.07.2012 - 16:22
Azərbaycan millisinin voleybolçusu Yelena Parxomenko özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, 30 yaşlı blokçumuz karyerasını yığmamızın bazasına çevrilməkdə olan “Azəryolservis”də davam etdirəcək.
Son mövsümü “Lokomotiv” və “Lokomotiv Biləcəri”də oynayan Parxomenko yeni klubu ilə 1 mövsümlük razılığa gəlib. Bununla da o, çempionat Super Liqa adlandıqdan sonra ən çox komandada çıxış edən voleybolçuya çevrilib. Belə ki, “Azərreyl”in şərəfini qoruyan Yelenanın karyerasında “Azəryolservis” 4-cü olacaq.
Qeyd edək ki, “Azəryolservis” Parxomenkodan öncə millimizin digər üzvü Odina Əliyeva ilə müqavilə imzalayıb.

0
0