Millimizin üzvü Koreya klubunda! - FOTO
03.07.2012 - 17:18
Millimizin üzvü Koreya klubunda! - FOTO
Azərbaycan millisinin voleybolçusu Yana Ağayeva karyerasını ölkə xaricində davam etdirəcək. Apasport.az saytının məlumatına görə, milliləşdirilmiş legioner Koreya təmsilçisi “Hyundai”la anlaşıb.

Son mövsümü “Azəryolservis”də keçirən 25 yaşlı voleybolçu asiyalılarla 1 illik müqavilə bağlayıb.

1983-cü ildə yaradılan, 2005-ci ildən peşəkar klub kimi fəaliyyət göstərən “Hyundai” ölkəsinin kifayət qədər titullu komandası hesab olunur. Dəfələrlə Koreya çempionatının mükafatını qazanan Ağayevanın komandası son mövsümü 3-cü yerdə bitirib.

Qeyd edək ki, 2010-cu ildə “Uraloçka”dan (Rusiya) “Azərreyl”lə transfer olunan, son mövsümü “Azəryolservis”də keçirən 198 sm boya malik slovakiyalı 2011-ci ildə Azərbaycan vətəndaşlığını qəbul etsə də, hələlik yığmamızda debütü baş tutmayıb.