Alessandro Çiappini “Azərreyl”dən birini də göndərdi
04.07.2012 - 11:11
Alessandro Çiappini “Azərreyl”dən birini də göndərdi
“Azərreyl”in yeni baş məşqçisi Alessandro Çiappini daha bir legioneri komandadan kənarlaşdırıb. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis ABŞ millisinin voleybolçusu Tamas Cenefferi heyətdə görmək istəməyib.

Nəticədə təcrübəli oyunçu Bakının digər klubu – “Azəryolservis”lə müqavilə imzalayıb. Son 2 ildə “Azərreyl”də çıxış edən və bu klubla “Çelenc Cup”ın qızıl, Super Liqanın gümüş medalını qazanan 30 yaşlı Tamas yeni komandası ilə 1 illik anlaşıb.

“Azəryolservis” Tamasdan öncə isə Odina Əliyeva, Yelena Parxomenko və Anastasiya Qurbanova ilə müqavilə bağlayıb.

Qeyd edək ki, Çiappini ötən ilki heyətdən Polina Rəhimova, Oksana Parxomenko və Sara Anzanellonu komandada saxlayıb.
0