A seriyasının qalibi rəsmən Bakı klubunda!
04.07.2012 - 16:06
“Lokomotiv” klubu daha bir ulduz voleybolçunun keçidini həll edib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Çexiya millisinin hücumçusu Aneta Havlikovanı transfer edib.
İtaliyanın məşhur “Yamamay” klubundan gələn 25 yaşlı voleybolçu “dəmiryolçular”la 1 illik müqaviləyə imza atıb. 190 sm boya malik Havlikovanın karyerasında Azərbaycan legioner həyatı yaşayacağı 3-cü ölkə olacaq. Belə ki, peşəkar çıxışına 2006-cı ildə başlayan Aneta öncə vətənində “Praqa”nın şərəfini qoruyub. Onlarla ölkə çempionu adını qazanan hücumçu 2007-ci ildə Hollandiyanın “Veert” klubuna keçib və burada 2 mövsüm oynayıb.
Havlikova 2009-cu ildə isə İtaliyaya yollanıb. Burada “Urbino” (2009-2010) ilə “Yamamay”da (2010-2012) forma geyinib və çıxışı uğurlu alınıb. O, son mövsümdə ikincilərin heyətində A seriyasının, CEV və İtaliya kubokunun qızıl medallarını qazanıb. 2007-ci ildən millisinin şərəfini qoruyan Anita, avrokubokda “Yamamay”ın “İqtisadçı”nı 1/8 finalda məğlub etməsində böyük pay sahibi olub (2011/2012 mövsümündə). CEV kubokunun yekunlarına görə isə o, turnirin ən dəyərli voleybolçusu seçilib.
Qeyd edək ki, Çempionlar Liqasında debüt edəcək “Lokomotiv” Havlikovadan öncə Maqdelina Saad (Polşa), Ju Kosta (Braziliya), Lesia Braunun (Yamayka), Korina Suşke (Almaniya), Mixaela Monzoni (Çexiya), Vera Klimoviç, Olqa Palçevskaya (hər ikisi Belarus), Aleksandra Samoylova (Rusiya), Mariya Filipova və Diana Nenova (hər ikisi Bolqarıstan) ilə müqavilə bağlayıblar.

0
0