“Azərreyl” “Kann”ın voleybolçusunu “oğurladı”
06.07.2012 - 14:49
“Azərreyl” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, Alessandro Çiappinin komandası Sloveniya millisinin voleybolçusu Tina Lipiçerlə anlaşıb.
Kifayət qədər təcrübəyə malik 33 yaşlı voleybolçu ilə 1 illik müqavilə imzalanıb. 184 sm boya malik Lipiçer Fransanın “Kann” klubundan transfer olunub. O, daha öncə isə “Nova Qoriça” (2001-2003, Sloveniya), “Pema Korplast Korridonya” (2002-2003, 2004-2005), “Sassuolo” (2003), İmola (2004, hamısı İtaliya), “Pila” (2005-2006), “Bank Fakro” (2006-2007, hər ikisi Polşa), MOİK (2007-2009, Rusiya), “Cesi” (2009), “Qrotte” (2009-2010, hər ikisi İtaliya), “Modranska” (2010-2011, Çexiya) və “Kann” (2011-2012, Fransa) klublarının şərəfini qoruyub. Tina bu klubların heyətində “Çelenc Cup”ın (2009), Fransa çempionatının və kubokunun (2012) qalibi adını qazanıb.
“Azərreyl” sloveniyalının oynayacağı 12-ci komanda olacaq. 2002-ci ildən millisinin şərəfini qoruyan və dəfələrlə Azərbaycan yığmasına qarşı oynayan voleybolçunun karyerasına Super Liqa isə 6-ci çempionat kimi yazılacaq.
Maraqlıdır ki, Tina “dəmiryolçular”ın 12 klubu olduğu kimi komandanın da yeni mövsüm üçün 12-ci transferidir. Bakı klubu bundan öncə Anna Qrbaç (Xorvatiya), Luna Karokki (İtaliya), Yeon Kinq Kim (Cənubi Koreya), Debbi Stam, Manon Flier, Karolina Vensink (hər üçü Hollandiya), Akiko İno (Yaponiya), Milena Radeçka (Polşa) və Meqan Hodju (ABŞ) transfer edib, ötən ilki heyətdən Oksana Parxomenko, Polina Rəhimova (hər ikisi Azərbaycan) və Sara Anzanello (İtaliya) ilə müqaviləni yeniləmişdilər.
Qeyd edək ki, Tina “Lokomotiv”in də maraq dairəsində olub.

0
0