“Bakı”nın oyunçusu Azərbaycanı tərk etməsinə aydınlıq gətirdi - FOTO
18.07.2012 - 14:16
“Bakı”nın oyunçusu Azərbaycanı tərk etməsinə aydınlıq gətirdi - FOTO
“Yeni komandamda üzləşdiyim çətinliklərə görə gileylənmirəm. Mənim üçün əsas vətənimə qayıtmaq idi. Çünki yenidən Braziliyada voleybol oynamaq istəyirdim”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı”nın sabiq voleybolçusu Renata Kolombo deyib.

Ötən mövsüm Azərbaycan təmsilçisi ilə “Çelenc Cup”ın finalında oynayan və Super Liqanın bürünc mükafatçısı olan braziliyalı legioner vətəninə qayıtdığı üçün xoşbəxtdir. “Sao Bernardo” klubuna transfer olunan Renata bildirib ki, indi özünü daha rahat hiss edir: “Yaponiya, İtaliya və Azərbaycanda oynadıqdan sonra doğma ölkəmi üstün tutdum. Mən ailəmin yanında olacağım üçün çox xoşbəxtəm. Fanatlar həmişə onlardan məni xəbər alırdılar. Soruşurdular ki, harada oynayıram, işlərim necə gedir?. Ümid edirəm ki, pərəstişkarlarımı məyus etməyəcəyəm. Mən hamısının ümidlərini doğruldacağam”.