Avrokubokun yeni mövsümünə III mərhələdən başlayacağıq
19.07.2012 - 11:30
Avrokubokun yeni mövsümünə III mərhələdən başlayacağıq
Azərbaycanı həndbol üzrə 2012/2013 mövsümündə avrokuboklarda təmsil edəcək komandanın adı məlum olub. Apasport.az saytının məlumatına görə, qitəmiqyaslı yarışda ölkəmiz yenə “Çelenc Cup”da mübarizə aparacaq və burada ABU qüvvəsini sınayacaq.

Qadın həndbolçuların turnirinə qatılacaq Bakı klubu ilk 2 mərhələdən azaddır. 3-cü mərhələdə ilk oyununu keçirəcək həmyerlilərimizin rəqibləri iyulun 24-də müəyyənləşəcək.

Qeyd edək ki, püşkatma mərasimi Vyanada olacaq.