“Çelenc Cup”da potensial rəqiblərimiz bilindi
19.07.2012 - 12:31
“Çelenc Cup”da potensial rəqiblərimiz bilindi
Qadın həndbolçular arasında “Çelenc Cup”da ABU-nun potensial rəqibləri məlum olub. Apasport.az saytının məlumatına görə, yarışda III mərhələdən iştirak edəcək Bakı təmsilçisinin 27 klubla qarşılaşmaq şansı var.

Reqlamentə əsasən, komandalar mübarizəyə II mərhələdən başlayacaq. Burada 4 klub 1 qrupda 2 vəsiqə uğrunda yarışacaq. Ardınca növbəti mərhələyə start veriləcək və burada komandalar ev, səfər prinsip ilə oynayacaqlar. 18 klubdan 9-u mərhələ adlayacaq və burada onları gözləyən 7 komanda da oyunlara start verəcək.

“Çelenc Cup”ın iştirakçıları

II mərhələ: “Nova Pazova” (Serbiya), “Anagennisi Artas” (Yunanıstan), “Enosi Neoleas” (Kipr), “Kastrioti” (Kosovo).

III mərhələ: ABU (Azərbaycan), “Poltexnika Koszalin”, “KSS Kielce” (hər ikisi Polşa), “Nopal Backa Palanka” (Serbiya), “Koleqyo de Gaia” (Portuqaliya), “Roma” (İtaliya), PAOK (Yunanıstan), “Zug” (İsveçrə), “Kauno Acme-Jalqiris” (Litva), “Union Korneuburq” (Avstriya), “Zrinjski Mostar” (Bosniya və Herseqovina), “Höörs HK H65” (İsveç), “Nim” (Fransa), “Anadolu Universiteti Gənclik” (Türkiyə), “Dnepryanka” (Ukrayna), “Banik” (Çexiya).

IV mərhələ: “Mios Biqanos” (Fransa), “Üsküdar BLD” (Türkiyə), “Spartak” (Ukrayna, Kiyev), “Kumanovo” (Makedoniya), “Amsterdam” (Hollandiya), “Sokol Pisek” (Çexiya), “Fantasiland-Samobor” (Xorvatiya).

Qeyd edək ki, püşkatma iyulun 24-də Vyanada olacaq.