Şevçenko Azərbaycana gələcək
19.07.2012 - 15:30
Şevçenko Azərbaycana gələcək
Qadın voleybolçulardan ibarət Belarus millisi Avropa çempionatının II təsnifat mərhələsi üçün heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması ilə eyni qrupda yer alan rəqibin baş məşqçisi Viktor Qonçarov heyətə 16 voleybolçu dəvət edib.

Onun müəyyənləşdirdiyi heyətdə 2 “azərbaycanlı” da yer alıb. Bunlar “Lokomotiv”lə “Çelenc Cup”ın qalibləri və Super Liqanın gümüş mükafatçıları - Olqa Palçeskaya ilə Vera Klimoviç də yer alıb.

Belarusun heyəti: Olqa Palçevskaya, Viktoriya Qurova, Natalya Tsupranova, Vera Klimoviç, Anna Şevçenko, Anjelika Boriseviç, Qalina Karşakeviç, Anna Kalinovskaya, Tatyana Markeviç, Anastasiya Qarelik, Nedejda Molosay, Marina Tumas, Alina İlyuta, Kristina Mixaylenko, Yuliya Markovskaya, Olqa Pavlyukovskaya.

Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinə sentyabrın 7-də Finlandiyada start veriləcək. Turnirin II dövrəsi ölkəmizdə baş tutacaq. Finlandiya, Belarus, Avstriya və Azərbaycanın mübarizə aparacağı qrupda birinci yerin sahibi final mərhələsinə yüksələcək. İkinci pillədə qərarlaşacaq yığma isə A qrupunda (İspaniya, İsrail, Slovakiya, İsveç) eyni yeri tutacaq komanda ilə oynayacaq. Final mərhələsinə Almaniya və İsveçrə ev sahibliyi edəcək.