Rəqibimiz Ukrayna millisi ilə oynayacaq
19.07.2012 - 16:25
Qadın voleybolçular arasında Avropa çempionatının II təsnifat mərhələsində Azərbaycan yığmasının rəqibi Belarus millisinin hazırlıq prosesi yekunlaşır. Apasport.az saytının məlumatına görə, Viktor Qonçarovun rəhbərlik etdiyi komanda təlim-məşq toplanışının ilk mərhələsini Tixiniçidəki yeni idman bazasında keçirir.
Burada ümumi fiziki, funksional hazırlıq və topla çalışmalara üstünlük verilir. Sabah başa çatacaq toplanışdan sonra rəqibimiz Polşanın Krakov şəhərinə üz tutacaq. Orada yerli klublarla sınaq matçları olacaq.
Avqustda belaruslular növbəti hazırlığı Baranoviçdə keçirəcəklər. Həmin ayın 23-26-da isə Yujni şəhərində keçiriləcək beynəlxalq turnirə qatılacaq rəqibimiz “Ximik”, Ukrayna yığması və “Uraloçka” ilə qarşılaşacaq.
Qeyd edək ki, Avropa çempionatının II təsnifat mərhələsi sentyabrın 7-da başlayacaq.

0
0