“Tərlanla döyuşdə Musa özünü elə vəziyyətə saldı ki, buna yol vermək olmazdı”
29.07.2012 - 17:33
“Tərlanla döyuşdə Musa özünü elə vəziyyətə saldı ki, buna yol vermək olmazdı”
“Döyüşün sonunda referi xüsusi nə isə olacağını gözləyirdi. Musa fasiləsiz 4-5 hücum etdi. Şido isə verilmədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri cüdo üzrə Rusiya millisinin baş məşqçisi Vitali Makarov deyib.

O, yetirməsi Musa Moquşkovun (66 kq) London Olimpiadasının 1/16 final mərhələsindəki döyüşü haqda danışıb. Mütəxəssis Musanın Azərbaycan yığmasın üzvü Tərlan Kərimova məğlubiyyətini həzm edə bilmədiyini nümayiş etdirərək hakimlikdən gileylənib: “İdmançı görəndə ki, onun hücumları qiymətləndirilmir, onda başlayır vəziyyəti gərginləşdirməyə. Burda da belə oldu. Musa özünü elə vəziyyətə saldı ki, buna yol vermək olmazdı”.