“Rabitə” yeni baş məşqçisini təqdim etdi - FOTOSESSİYA
31.07.2012 - 12:02
“Rabitə” yeni baş məşqçisini təqdim etdi - FOTOSESSİYA

Bu gün dünya çempionu “Rabitə” yeni baş məşqçisi Marçello Abbondanzanın təqdimetmə mərasimini keçirib. Apasport.az saytının məlumatına görə, tədbirdə klubun prezidenti Cəlil Cəfərov, italiyalı mütəxəssis və fizioterapiya üzrə məşqçisi Marko Monzoni iştirak ediblər.

Abbondanza “Rabitə”ni seçdiyi üçün şad olduğunu deyib. O, bildirib ki, ona təklif gələrkən bu klubun iddiasını nəzərə alaraq, fikirləşmədən müsbət cavab verib.

Klubun prezidenti Cəfərov yeni baş məşqçi ilə möhtəşəm uğurlara imza atacaqlarına inandığını deyib.

Daha sonra onlar “Rabitə”nin mübarizə aparacağı – Super Liqa, dünya çempionatı və Çempionlar Liqasındakı hədəflərini açıqlayıblar və bildiriblər ki, bu turnirlərdə yalnız onları çempionluq qane edəcək.