“Rabitə”nin baş məşqçisindən Olimpiya proqnozu
31.07.2012 - 14:11
“Rabitə” klubunun yeni baş məşqçisi Marçello Abbondanza Londonda keçirilən Yay Olimpiya Oyunları ilə bağlı proqnoz verib. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis Olimpiadanın voleybol turnirindəki favoritlərini açıqlayıb.
Bu gün təqdimat mərasimi keçirilən Abbondanza qadınların turnirində yalnız bürünc mükafatın sahibi ilə bağlı qəti fikir yürütməkdə çətinlik çəkir: “Düşünürəm ki, ABŞ milli komandası Olimpiya çempionu olacaq. 2-ci yerin sahibi kimi isə Rusiyanı görürəm. Çin və İtaliya yığmaları isə 3-cü yerə namizdələrdir”.

0
0