Marko Monzoni: Hər şeyə sıfırdan başlamalıyıq
31.07.2012 - 16:00
Marko Monzoni: Hər şeyə sıfırdan başlamalıyıq
“Millinin düşərgəsində olan voleybolçularımızın hamısının məşqçiləri ilə əlaqələrimiz var”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rabitə” klubunun fizioterapiya üzrə məşqçisi Marko Monzoni deyib.

Bu gün keçirilən məşqçilərin təqdimat mərasimində voleybolçuların fiziki durumu haqda danışan Monzoni bildirib ki, komanda üzvlərini diqqətdə saxlayır və onların durumu yaxşı vəziyyətdədir: “Bolqarıstan yığması ilə ABŞ-a gedəndə, orada Foluke Akinradevo ilə danışdıq . Onun fiziki durumu yaxşıdır. Dobriana Rabadjiyeva isə Bolqarıstan yığmasında nəzarətimiz altındadır. Onun da hazırlığı qaydasındadır. Bunu digər voleybolçularımıza da şamil etmək olar. Ancaq avqustun 22-də start götürəcək hazırlıq mərhələsində hər şeyə sıfırdan başlamalıyıq. Çünki bəzi voleybolçular millidən, bəziləri isə istirahətdən qayıdacaqlar. Bundan sonra hər şey qaydasında gedəcək”.