“Azərbaycan yığmasının oyunu əvvəldən oxunur”
31.07.2012 - 23:15
“Rabitə”nin yeni baş məşqçisi Marçelo Abbondanza Azərbaycan voleybol yığmasına qiymət verib. Apasport.az saytının məlumatına görə, təcrübəli italiyalı mütəxəssis Bakıda Avropa Olimpiya Təsnifat Turnirində başçılıq etdiyi Bolqarıstan yığmasının qalib gəldiyi millimizin güclü və zəif cəhətlərindən danışıb.
Abbondanza azərbaycanlı həmkarı Faiq Qarayevin çalışdırdığı komandanı ümumilikdə güclü saysa da, çatışmazlıqların olduğunu da açıqlayıb: “Azərbaycan yığması blokda və hücumda yaxşı oynayır. Sadəcə, balanslaşdırılmış komanda deyil, müdafiədə və top qəbulunda zəifdir. Azərbaycan yığmasının oyunu əvvəldən oxunur”.
Qeyd edək ki, bolqarlar finalda millimizə qalib gəlməklə, Türkiyədə keçirilən Avropa Olimpiya Təsnifat Mərhələsinin həlledici oyunlarına vəsiqə qazanmışdı.

0
0