Azərbaycan çempionu ana olmağa qərar verdi - FOTO
04.08.2012 - 10:44
Azərbaycan çempionu ana olmağa qərar verdi - FOTO
“Rabitə” ilə Azərbaycan və dünya çempionu adını qazanan Silviya Popoviç yeni mövsümdə oynamayacaq. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin vidalaşdığı libero analıq “məzuniyyəti”nə çıxıb.

Belə ki, 3 mövsüm Super Liqada mübarizə aparan 26 yaşlı serbiyalı voleybolçunun təxminən 1,5-2 ildən sonra peşəkar karyerasını bərpa edəcəyi gözlənilir.

Qeyd edək ki, Silviya “Rabitə” ilə 3 dəfə Azərbaycan və 1 dəfə dünya çempionu olub. O, həmçinin təmsilçimizin heyətindi CEV kubokunun bürünc, Çempionlar Liqasının gümüş medalına yiyələnib.