Çexiyalı “İqtisadçı”nı bəyənmədi
04.08.2012 - 12:32
Çexiyalı “İqtisadçı”nı bəyənmədi
“İqtisadçı”nın düşərgəsini daha bir voleybolçu tərk edib. Apasport.az saytının məlumatına görə, Kristina Fernanda Ferreyra (Braziliya), Stefanya Sansonna (İtaliya), Lora Kitipova (Bolqarıstan) və Marina Katiçdən (Xorvatiya) sonra Çexiya millisinin voleybolçusu Kristina Pastulova universitet komandasında oynamayacağını rəsmən açıqlayıb.

O bildirib ki, “İqtisadçı” ilə yeni müqavilə bağlamaq istəməyib. Bunun üçün İtaliyaya üz tutan 27 yaşlı voleybolçu Apennin yarımadasında özünə yeni komanda da tapdığını deyib.

Pastulova A2 seriyasında çıxış edən “Sala Konsilina” ilə razılığa gəlib və 1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, yeni mövsümdə CEV kubokunda yarışacaq “İqtisadçı” hələlik yalnız Tailand millisinin üzvü Vilavan Apinyaponqla anlaşıb.