Yığmamız Türkiyə millisi ilə qarşılaşa bilər
04.08.2012 - 13:45
Yığmamız Türkiyə millisi ilə qarşılaşa bilər
Türkiyəyə təlim-məşq toplanışında olan kişi basketbolçulardan ibarət Azərbaycan millisinin yoxlama matçları üzün rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının seçmə mərhələsinə hazırlaşan millimiz Gürcüstanın “Armiya” və Ukraynanın “Odessa” klubları ilə güclərini yoxlayacaqlar. Elxan Əliyevin yetirmələrinin Türkiyənin ikinci millisi ilə də görüşü nəzərdə tutulub. Lakin onlarla oyun hələ dəqiqləşməyib.

Avqustun 14-nə kimi davam edəcək hazırlıqda amerikalı basketbolçularımız Ceysi Keroll, Kaner Medli, Çak Devis, Türkiyə və Kanadada oynayan həmyerlilərimiz Orhan Aydınla Əli Əsgərov da qoşulublar.

Qeyd edək ki, təlim-məşq toplanışından sonra millimiz avqustun 15-də seçmə mərhələnin ilk oyunu üçün Lüksemburqa yollanacaq.