Bolt 6-cı dəfə Olimpiya çempionu və Giqqzə əvəzləyici oldu
12.08.2012 - 09:27
Əfsanəvi yamaykalı atlet Useyn Bolt 6-cı dəfə Olimpiya çempionu olub. Apasport.az saytının məlumatına görə, dünyanın ən sürətli adamı London-2012-də son uğurunu komanda növündə 4x100 metrdə qaçışda qazanıb. Bolt yığmanın heyətində sonuncu qaçırdı və yamaykalılar yeni Olimpiya rekordunu müəyyənləşdiriblər – 36,87 saniyə. Estafetdə medal Useyn üçün Londonda 3-cü olub ki, o, bunadək 100 və 200 metr qaçışda qalib olmuşdu.
Boltun son uğuru “Mançester Yunayted”in diqqətindən kənarda qalmayıb. Axı məlum olduğu kimi, yamaykalı özünü futbolda sınamaq istəyir və İngiltərə klubunda baxışda olmağa hazır olduğunu açıqlamışdı: “Əgər baş məşqçi Aleks Ferqyuson mənim təklifimi qəbul etsə, o, məni harada tapmağı bilir”. “Mançester Yunayted”in rəsmisi Kris Risk bu açıqlamaya münasibət bildirib: “Biz Boltu 1 illik ehtiyatda nəzərdə tutarıq. Nə vaxt Rayan Giqqz gedəcək, bizdə əla yeni əvəzləyici olacaq”.

0
0