Azərbaycan çempionatının mükafatçısı Bolqarıstana üz tutdu
13.08.2012 - 11:42
Azərbaycan çempionatının mükafatçısı Bolqarıstana üz tutdu
“Lokomotiv”in müqavilə bağlamaqdan imtina etdiyi Kremena Kamenova özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi ilə “Çelenc Cup”ın qalibi olan və Super Liqanın gümüş mükafatını qazanan bolqarıstanlı voleybolçu karyerasını Rumıniyada davam etdirəcək.

O, “Şkiinta Bakau” ilə razılığa gələrək, 1 illik rəsmi müqaviləyə imza atıb.

Qeyd edək ki, ötən mövsüm başa çatdıqdan sonra “dəmiryolçuların” Kamenova ilə vidalaşacağını ilk olaraq saytımız yazmışdı.