Azərbaycan klubu “Dinamo” və “Srvena Zvezda” ilə üz-üzə
14.08.2012 - 15:33
Azərbaycan klubu “Dinamo” və “Srvena Zvezda” ilə üz-üzə
“Azərreyl” Polşaya səfər edəcək. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” bu ölkədə keçiriləcək Aqata Mroz-Olşevskayanın xatirəsinə həsr olunacaq IV beynəlxalq turnirdə qüvvəsini sınayacaq.

Yarışa Bakı təmsilçisi ilə yanaşı, yerli “Tauron”, Serbiyanın “Srvena Zvezda” və Rusiyanın “Dinamo” (Moskva) klubları da qatılacaq. Sentyabrın 14-də başlayacaq turnir 3 gün davam edəcək.

Maraqlıdır ki, Polşanın “Tauron” komandası Çempionlar Liqasında məhz “Azərreyl”lə, digər 2 komanda isə analoji yarışda “Lokomotiv”lə eyni qrupda yer alıb.