Bundesliqanı Azərbaycana dəyişdi
14.08.2012 - 23:02
“Azəryolservis” ilk səs-küylü transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, Super Liqada ikinci mövsümünü keçirəcək Bakı təmsilçisi Çexiya millisini voleybolçusu Vendula Adlerova ilə danışıqları yekunlaşdırıblar.
28 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb. Almaniyanın “Ştutqart” klubundan transfer olunan 192 sm boya malik Adlerovanın karyerası kifayət qədər zəngindir. Azərbaycana gəlincə, “Praqa” (Çexiya, 1999-2000, 2002-2003), “Kann” (2003-2005), “Kannet-Roçeville” (hər ikisi Fransa, 2005-2006), “Valeriano” (2007-2008), “Hotel Kantur” (2008-2009), “Tenerife” (hər üçü İspaniya, 2009), “Terville” (Fransa, 2009), “Karşıyaka” (Türkiyə, 2009-2010), “Şviriner” (2010-2011) və “Ştutqart” (hər ikisi Almaniya, 2011-2012) komandalarında çıxış edib. 2003-cü ildə Çexiya çempionatının ikincisi olan Vendula 2004 və 2005-ci illərdə Fransa çempionluğunu və ölkə kubokunu qazanıb. 2003/2004 mövsümündə “Kann”la Çempionlar Liqasının bürünc medalına da yiyələnən voleybolçu Almaniya çempionatının qalibi adına da sahib olub. O, 2003-cü ildən milli komandalarına çağrılır.
Qeyd edək ki, yeni mövsümdən yığmamızın bazasına çevrilməyi planlaşdıran “Azəryolservis” Adlerovadan öncə yerli voleybolçular Odina Əliyeva, Yelena Parxomenko, Anastasiya Qurbanova və amerikalı Tamas Cenefferlə müqavilə bağlamışdı.

0
0