Şumaxer: Azərbaycan sonda bizi məyus etdi
16.08.2012 - 08:54
Şumaxer: Azərbaycan sonda bizi məyus etdi
“Biz mübarizə apardıq və fikrimcə, kifayət qədər istəyliydik. Lakin sonda məyus olduq”. Apasport.az saytının məlumatına görə, bunu Lüksemburq millisinin basketbolçusu Tom Şumaxer deyib. Azərbaycan yığmasına 78:101 hesabı ilə uduzan “Cırtdan ölkə” təmsilçinin aparıcı oyunçusu fərqli nəticə gözləydiklərini deyib: “İlk qarşılaşmada Azərbaycanı məğlub edəcəyimizə ümid edirdik. Lakin onlar bizimlə oyunda ən yaxşı keyfiyyətini göstərib, sürətli oyunları və 3 xallıq atışları ilə 75 faiz dəqiqliklə bizdən üstün oldular. Belə vəziyyətdə hesabı öz xeyrimizə dəyişmək bizim üçün çox çətin idi. Amma bunun üçün bacardığımız hər şeyi meydanda qoyduq”.