Rüştü Bakıya gəlir
16.08.2012 - 14:43
Rüştü Bakıya gəlir
Kişi basketbolçular arasında Avro-2013-ün seçmə mərhələsinin II turunda Azərbaycan yığmasının oyununu idarə edəcək hakimlər briqadası məlum olub. Apasport.az saytının məlumatına görə, Elxan Əliyevinin yetirmələrinin avqustun 18-də Bakıda Bolqarıstan millisi ilə qarşılaşmasında baş hakim funksiyasını italiyalı Luidji Lamonika yerinə yetirəcək.

Köməkçi hakimlər kimi Rüştü Nuranla (Türkiyə) Sergey Kruq (Rusiya) olacaqlar. Matçın komissar isə Vladimir Xlopikovdur (Rusiya).

Qeyd edək ki, “Sərhədçi” Olimpiya Mərkəzində keçiriləcək matç saat 20:00-da başlayacaq.