Natalya Məmmədova “Omiçka”dan ayrı düşdü
16.08.2012 - 15:03
Natalya Məmmədova “Omiçka”dan ayrı düşdü
Azərbaycan yığmasının voleybolçusu Natalya Məmmədova “Omiçka”nın Serbiyada keçiriləcəyi təlim-məşq toplanışında iştirak edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, buna səbəb onun millimizdən dəvət almasıdır.

Belə ki, hücumçu sentyabrın 7-9-da Finlandiya, 14-16-da Azərbaycanda olacaq Avro-2013-ün seçmə mərhələsində yığmamızın oyunlarına qatılacaq. Bunun üçün də Omsk təmsilçisindən ayrılaraq, komandamıza qoşulacaq. Məmmədova yeni klubunun düşərgəsinə sentyabrın 16-da II təsnifat mərhələsi bitdikdən dərhal sonra qayıdacaq.

Qeyd edək ki, “Omiçka” avqustun 15-dən sentyabrın 1-nə kimi Belqradda hazırlıq keçəcək.