Maradona III divizion klubu ilə müqavilə bağladı
17.08.2012 - 08:44
Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın oğlu III divizionda oynayacaq. Apasport.az saytının məlumatına görə, Dieqo Junior vətənində “El Porvenir” klubu ilə müqavilə bağlayıb.
Maradonanın oğlu 1986-cı ildə, özü yığmanın kapitanı kimi dünya çempionu olanda anadan olub. Həmin vaxt İtaliyanın “Napoli” klubunda oynayan Dieqo 4 il sonra oğlundan xəbər tutub. Belə ki, 1990-cı ildə neapollu Kristina Sinqara Maradonanın onun 4 yaşlı oğlunun atası olduğu elan edib.
Futbolçu atalığı qəbul etmək və oğlunun olub-olmamağı ilə bağlı testdən keçməkdən imtina edib. Bu səbəbdən İtaliya məhkəməsi onun kiçik Dieqonun atası olduğu haqda qərar çıxarıb.
Qeyd edək ki, hazırda işsiz on 52 yaşlı Maradona 1995-ci ildə “Qızıl top”un qalibi olub.

0
0