“Azərbaycan klubu ilə oyunda özümüzü sübut etməliyik”
17.08.2012 - 10:05
“Çempionlar Liqasında çox güclü qrupda yer almışıq. Lakin mən həmişə güclü rəqiblərə qarşı oynamaqdan həzz almışam və onlara qalib gəlmək üçün səylə çıxış etmişəm”. Apasport.az saytının məlumatına görə, bunu Çexiyanın “Agel” klubunun voleybolçusu Solange Soares deyib.
Braziliyalı legioner 2012/2013 mövsümü ilə bağlı fikirlərini açıqlayıb. Soares bildirib ki, Çempionlar Liqasında eyni qrupda yer aldıqları “Rabitə”, “Villa Kortese” və “Atom” çox güclü olsalar da, sona kimi qələbə uğrunda döyüşəcəklər: “Biz bu oyunlarda özümüzü sübut etməliyik. Yalnız qələbə üçün meydana çıxmalıyıq. Bilirik ki, Azərbaycan, İtaliya və Polşa klubları çox güclüdür. Lakin bu bizi qorxutmalı deyil, pley-offa yüksələ bilərik. Ən pis halda isə CEV kubokunda yerimizi təmin etməliyik”.
Qeyd edək ki, “Agel” 2010/2011 mövsümündə Çempionlar Liqasında “Rabitə”yə rəqib olub və məğlubiyyətə üzülüb.

0
0