Yığmamızın daha 2 oyunçusu özünə komanda tapdı
17.08.2012 - 11:01
Yığmamızın daha 2 oyunçusu özünə komanda tapdı
“Azəryolservis” növbəti transferlərini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının bazasına çevrilən Bakı təmsilçisi daha 2 yerli voleybolçu ilə müqavilə imzalayıb.

Bunlar ötən ildə də “Azəryolservis”in uğurları üçün çalışmış Aynur Kərimova və Oksana Kiselyovadır. Onların hər ikisi ilə daha 1 illik razılıq əldə olunub.

Qeyd edək ki, Super Liqada ikinci mövsümünü keçirəcək “Azəryolservis” daha öncə Odina Əliyeva, Yelena Parxomenko, Anastasiya Qurbanova (hamısı Azərbaycan), Vendula Adlerova (Çexiya) və Tamas Cenefferlə (ABŞ) müqavilə bağlamışdı.