“Azərreyl”in sabiq legionerinə niyə üstünlük verilib?
06.10.2012 - 14:04
“Azərreyl”in sabiq legionerinə niyə üstünlük verilib?
Qadın voleybolçulardan ibarət Rusiyanın “Dinamo” klubunun baş məşqçisi Rişat Qilyazutdinov “Azərreyl”dən transfer etdikləri Hizer Erin Brunun keçidini dəyərləndirib. Apasport.az saytının məlumatına görə, Kazan təmsilçisinin çalışdırıcısı amerikalı voleybolçunun təcrübəsinin qərarlarında önəmli rol oynadığını bildirib.

Onun fikrincə, bu ölkədən legioner gətirməyi planlaşdırıblar: “Əgər legionerin dəvət edilməyi olacaqsa, onda bu, amerikalı olsun. Ancaq namizədliyi seçərkən ilkin olaraq məhz amerikalı voleybolçunu dəvət etməyi planlaşdırırdıq. Hizer öz ampluasında ilk növbədə böyük təcrübəsi var. O, bizə daha yaxşı uyğun gəldi”.